Leyla Əliyeva Sankt-Peterburqun qubernatoru ilə görüşüb
07 İyun 2011 Çərşənbə Axşamı 00:56
Heydər Əliyev Fondunun vitse-prezidenti şəhərin ən qədim təhsil ocaqlarından biri olan 163 saylı orta məktəbdə də olub
Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri Leyla Əliyeva Sankt-Peterburq şəhərinin qubernatoru Valentina Matviyenko ilə görüşüb. AzərTAc-ın məlumatına görə, görüşdə ölkələrimiz arasındakı dostluq münasibətləri müzakirə olunub.
V.Matviyenko Sankt-Peterburqdə keçirilən tədbirlərə görə Heydər Əliyev Fonduna dərin minnətdarlığını bildirib.
Görüşdə, həmçinin əməkdaşlığın perspektivləri haqqında fikir mübadiləsi aparılıb.
Həmin gün Leyla Əliyeva Sankt-Peterburqun ən qədim təhsil ocaqlarından biri olan 163 saylı orta məktəbdə bu şəhərin təhsil komitəsi sədrinin birinci müavini Natalya Putelovskaya ilə görüşüb.
Leyla Əliyeva Heydər Əliyev Fondunun bu məktəbdə ölkələrimiz arasında dostluq münasibətlərini əks etdirən mədəni təhsil mərkəzinin yaradılması ilə bağlı planlarından danışıb.
DOSTLARINLA PAYLAŞ: