Leyla Əliyeva Novruz şənliyində iştirak edib
19 Mart 2014 Çərşənbə 00:15
Martın 18-də, ilaxır çərşənbəsi günündə uşaqlar üçün təşkil olunmuş bayram şənliyində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Novruz bayramı münasibətilə xüsusi qayğıya ehtiyacı olan və kimsəsiz uşaqlar üçün bayram şənliyi keçirilib.
Tədbirdə Novruz bayramı münasibəti ilə şou proqram təqdim olunub. Uşaqlara Novruz bayramının adət-ənənələri barədə məlumat verilib, viktorina və müxtəlif oyunlar keçirilib.
Konsert proqramı ilə davam etdirilən tədbirin sonunda uşaqlara hədiyyələr paylanılıb.
DOSTLARINLA PAYLAŞ: