Leyla Əliyeva ad gününü qeyd edir
03 İyul 2014 Cümə Axşamı 08:36
Preziden İlham Əliyevin qızı Leyla Əliyeva bu gün 29 yaşını qeyd edir.
İctimai xadim, Heydər Əliyev Fondunun Rusiya filialının rəhbəri, Moskvada nəşr olunan “Baku” jurnalının baş redaktoru Leyla Əliyeva bu gün 29 yaşını qeyd edir.

Rusiya Azərbaycanlı Gənclər Təşkilatının sədri kimi Ölkəmizin mədəniyyətinin Rusiyada təbliği və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində böyük iş aparır.

2008-ci il mayın 8-dən start götürmüş “Xocalıya ədalət” kampaniyasının təşəbbüskarıdır.

2011-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidentidir.

2011-ci ilin iyulunda Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub.

Ailəlidir, iki oğlu var.


DOSTLARINLA PAYLAŞ:

oyunlar