Leyla Əliyeva açıqlama verib
07 May 2014 Çərşənbə 13:28
Leyla Əliyeva bildirib ki, əsas məqsədimiz dünyada nəsli kəsilməkdə olan növlərin bərpasına nail olmaq və onları qorumaqdır.
Azərbaycan qədim tarixə və zəngin biomüxtəlifliyə malik bir ölkədir. On bir iqlim qurşağından 9-u məhz bizim ölkədə yerləşir. Azərbaycan Şərq ilə Qərbin qovuşuğunda yerləşir və bu da ölkəmizə marağı daha da artırır. Bunu IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin təşəbbüsü, Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin təşkilati dəstəyi ilə Heydər Əliyev Mərkəzində Qafqaz Biomüxtəlifliyi Sammitində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva deyib.

Sammitin əhəmiyyətinə toxunan Leyla Əliyeva bildirib ki, əsas məqsədimiz dünyada nəsli kəsilməkdə olan növlərin bərpasına nail olmaq və onları qorumaqdır. Ətraf mühitin mühafizəsinə yönəldilmiş tədbirlərdən söz açan Leyla Əliyeva qeyd edib ki, IDEA fəaliyyət göstərdiyi müddətdə Azərbaycan və bütövlükdə regionda ətraf mühitin, flora və faunanın qorunmasına dair bir sıra layihələr həyata keçirib.

Tədbirdə Qafqaz bəbirinin mühafizəsi, Azərbaycanda bu heyvan növünün yaşayışı üçün əlverişli mühitin yaradılması və onların sayının artırılması yolları ilə bağlı layihə təqdim olunmuş, bu barədə müzakirələr aparılıb.

Qeyd edək ki, ANS PRESS-in məlumatına görə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva, IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin rəhbəri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva iştirak edirlər. Sammitə, həmçinin tanınmış beynəlxalq ekspertlər, bir sıra nüfuzlu təşkilatların, o cümlədən Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (IUCN), Dünya Vəhşi Təbiəti Mühafizə Fondunun (WWF), Smitson İnstitutunun, London Zoologiya Cəmiyyətinin və Harvard Universitetinin təmsilçiləri, eləcə də Azərbaycandan olan alimlər də qatılıblar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar