Lerikin 8 kəndinə təbii qaz verilib
18 İyun 2011 Şənbə 20:06
ARDNŞ prezidenti Rövnəq Abdullayev rayonun Cəngəmiran kəndində inşa edilmiş uşaq bağçasının açılışında da iştirak edib.
Bu gün Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Lerik rayonuna səfər edib, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Şirkət tərəfindən həyata keçirilmiş işlərlə tanış olub.

ARDNŞ-in mətbaut xidmətindən ANS PRESS-ə verilən məlumata görə, şirkət prezidenti Lerik rayonunun Cəngəmiran kəndində Lüləkəran, Osnağküçə, Xəlifəküçə, Pirzəküçə, Blaband və Cəngəmiran kəndlərinin ilk dəfə olaraq mavi yanacaqla təchiz edilməsi münasibəti ilə keçirilən təntənəli tədbirdə iştirak edib. O bildirib ki, ümumilikdə 521 abonenti olan kəndlərin təbii qazla təmin olunması üçün 28.9 km polietilen boru çəkilib, 515 ədəd sayğac və 4 ədəd qaztənzimləyici şkaf quraşdırılaraq istifadəyə verilib.

Tədbirdə Lerik rayon İcra Hakimiyyəti rəsmiləri, “Azəriqaz” İB-nin təmsilçiləri iştirak ediblər. ARDNŞ prezidenti R. Abdullayev Şirkətin maliyyə vəsaiti hesabına Cəngəmiran kəndində inşa edilmiş 35 yerlik uşaq bağçasının açılışında da iştirak edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar