Lenkeranda süd menteqesinde özbaşınalıq
02 İyun 2014 Bazar Ertəsi 15:53
Menteqe sahibini 1500 manatdan 2000 manatadek cerime gözleyir.
Standartlaşdırma, Metrologiya ve Patent üzre Dövlet Komitesinin Lenkeran erazi idaresinin emekdaşları Lenkeran rayonunun Xutor deyilen erazisinde fealiyyet gösteren süd qebulu menteqesinde reyd keçirib.

ANS PRESS xeber verir ki, qanunsuz fealiyyet gösteren menteqede reyd zamanı heç bir normativ sened ve uyğunluq sertifikatının mövcud olmadığı aşkarlanıb. Hemçinin melum olmuşdur ki, vetendaşlardan süd qebulu qapağı açıq kanalizasiya sisteminin yanında aparılır, otaqlarda antisanitariya veziyyeti hökm sürür.

Yoxlamanın neticelerine dair baxış protokolu tertib edilmiş ve müvafiq qerar qebul olunmuşdur. Bu qerara esasen menteqe sahibini 1500 manatdan 2000 manatadek cerime gözleyir.

Standartlaşdırma, Metrologiya ve Patent üzre Dövlet Komitesinin Lenkeran erazi idaresinin ehate etdiyi bütün süd qebulu menteqelerde bele reydlerin keçirilmesi nezerde tutulur. 


DOSTLARINLA PAYLAŞ:

oyunlar