Lənkəranda süd bayramı
21 May 2010 Cümə 20:25
Bayram iştirakçılarına müxtəlif çeşidli süd məhsulları paylanılıb.
Bu gün Lənkərandakı Mərkəzi Mədəniyyət və İstirahət Parkında respublikada ilk dəfə olaraq süd bayramı keçirilib. 21 mayın bütün dünyada Beynəlxalq süd günü kimi qeyd olunması ilə əlaqədar təşkil olunan bayramın təşəbbüsçüsü Lənkəran şəhər İcra Hakimiyyəti və rayonda fəaliyyət göstərən “Palsüd” şirkəti olub.
Bayram iştirakçılarına süd zavodunun istehsal etdiyi onlarla çeşiddə süd məhsulları paylanılıb. Uşaqları ən çox cəlb edən isə istehsalına bir neçə ay öncə başlanan dondurmalar olub. 3 saatdan artıq davam edən bayram şənliyində rayonun incəsənət ustaları ilə yanaşı uşaqlar da maraqlı repertuarla çıxış ediblər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: