Ölkə

Lənkəranda Novruz şənliyi keçirilib

Göyşaban dairəsində yerləşən istirahət mərkəzində bədii kollektivlər konsert proqramı ilə çıxış edib

· Xəbərçi
Lənkəranda Novruz şənliyi keçirilib
Bu gün Lənkəran şəhərinin Göyşaban dairəsində yerləşən istirahət mərkəzində Novruz şənliyi keçirilib. Bayramsayağı bəzədilmiş istirahət mərkəzinin həyətində Novruz xonçaları və səmənilər düzülüb, xalq tətbiqi sənəti nümunələri, bayram yeməkləri və müxtəlif növ şirniyyatlar nümayiş etdirilib.

Dədə Qorqud və Bahar qız mərasim iştirakçılarını Novruz bayramı münasibətilə təbrik etdikdən sonra meydanda bayram tonqalı yandırılıb.

Milli paltar geyinmiş qızlar bayram tonqalının ətrafında dövrə vuraraq yallı gedib, idmançılar və çaparlar öz məharətlərini göstərib, rayonun bədii özfəaliyyət kollektivləri konsert proqramı ilə çıxış edib. ANSPRESS

Şərhlər