Lənkəranda iki İran vətəndaşı tutulub
05 Avqust 2009 Çərşənbə 12:50
İran KİV-i onların “Səhər” telekanalının əməkdaşı olduğunu yazır, səfirlik isə bunu təkzib edir

İyulun 22-də Lənkəran şəhərində “Səhər” telekanalının iki əməkdaşının İrana gedərkən polis tərəfindən yolda saxlanılıb. Bu barədə Iranın “presstv.ir” internet saytı xəbər yayıb.
“Presstv.ir" həmin şəxslərin “Səhər” telekanalının prodüsseri Şaban Əli Keyvani və operator Məsud Vaizi olduğunu yazıb.

Qeyd olunur ki, İran vətəndaşlarına sənədlərinin qaydasında olmadığı bildirilib və qanunvericiliyə əsasən, 600 manat cərimə ödəmələri tələb olunub.
Ancaq telekanal əməkdaşları bu cəriməni ödəməyiblər və bu səbəbdən indiyə qədər Lənkəran Polis İdarəsində saxlanılmaqdadırlar.

İranın Azərbaycandakı səfirliyindən Lent.az-a bildiriblər ki, həqiqətən iyulun 22-də Şaban Əli Keyvani və Məsud Vaizi adlı İran vətəndaşları sənədləri qaydasında olmadığı üçün Lənkəranda polis tərəfindən saxlanılıb. Ancaq səfirlik nümayəndəsi həmin şəxslərin “Səhər” telekanalının əməkdaşları olmadığını deyib.

Səfirlikdən onu da bildirdilər ki, hər iki şəxs cəriməni ödəyərək, yaxın günlərdə azadlığa çıxacaq./Lent.az/



DOSTLARINLA PAYLAŞ:

oyunlar