Ölkə

Lənkərana dolu yağıb

Lənkərana dolu yağıb. Təbiət hadisəsi 15 dəqiqə davam edib.

· Xəbərçi
Lənkərana dolu yağıb
Bu gün saat 19.15 radələrində Azərbaycanın Lənkəran rayonuna dolu yağıb. Dolu aramsız şimşək çaxmasından sonra başlayıb və təqribən 15 dəqiqə davam edib. Doludan sonra yağış yenidən davam etməkdədir.

Qeyd edək ki, cənub bölgəsində bir həftədən çoxdur ki, yağışlar fasilə vermədən yağır. İntensiv yağışlar Lerik və Astara rayonlarında torpaq sürüşmələrinə səbəb olub.

Bundan əlavə, yağışların yağması bölgədə kənd təsərrüfatı bitkilərinin əkininin gecikməsi ilə müşahidə olunur, həmçinin yem və tərəvəz bitkilərinin məhsuldarlığına mənfi təsir göstərir. ANSPRESS

Şərhlər