Latviyanın səfiri Kəmaləddin Heydərovla görüşüb
29 Mart 2011 Çərşənbə Axşamı 23:38
Azərbaycan və Latviya arasında fövqəladə halların xəbərdar edilməsi və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb.
Bu gün Latviyanın Azərbaycandakı səfiri Hardiys Baumanis fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovla görüşüb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, nazir ölkəmizdə fövqəladə halların idarə olunması sahəsində görülən işlər və nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat verib.

Görüşdə “Azərbaycan Respublikası Hökuməti və Latviya Respublikası Hökuməti arasında fövqəladə halların xəbərdar edilməsi və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında” Sazişin və bu ilin aprelində FHN-in dəvəti ilə Latviya daxili işlər naziri xanım Linda Murniesenin ölkəmizə planlaşdırılan səfərinin əlaqələrimizin daha da inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Səfir iki ölkə arasında aidiyyəti qurumların əlaqələrinin daha da genişləndirilməsi və inkişaf etdirilməsinin vacibliyini qeyd edib. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar