Kürün Xəzərə qovuşduğu yerdə 8 gəmi işləyir
12 İyun 2010 Şənbə 01:00
Çayın deltasının təmizlənməsinin birinci mərhələsi başa çatıb.
Kürün deltasının təmizlənməsinin birinci mərhələsi başa çatıb. Çayın dənizə tökülən hissəsində 35 metr enində 1,2 kilometlik sahə 4 metr dərinləşdirilib. İkinci mərhələ çərçivəsində paralel sahədə 400-500 metr məsafədə analoji iş həyata keçirilib. Hazırda Kürün dənizə qovuşduğu yerdə 8 gəmi işləyir.
Kür çayının Neftçaladan keçən hissəsində suyun səviyyəsinin aşağı düşməsinə baxmayaraq, təhlükəsizlik tədbirləri davam etdirilir. Qrunt sularının çəkildiyi ərazilərdə isə dezinfeksiya işlərinə başlanılıb. Kür çayının rayon ərazisindən keçən 123 kilometrlik hissəsində sahil bəndləri bərkidilib. Kürboyu ərazilərdə yerləşən 24 kənddə epidemioloji vəziyyət tam nəzarətdə saxlanılır. 1000-dən çox həyət qrunt sularından təmizlənib və dezinfeksiya olunub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: