Kürün suyu azalıb
24 Dekabr 2009 Cümə Axşamı 12:15
Kürün suyu azalıb. Transsərhəd çaylarda çirklənmə artıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə monitorinq keçirib.
Monitorinqin nəticəsinə görə, dekabr ayının II ongünlüyündə Kür çayında suyun sərfi dekabr ayının I ongünlüyünə nisbətən 10 m3/san azalaraq 183 m3/san təşkil edib.
Kür çayının Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Aparılan monitorinqin nəticələrinə görə, Ermənistan ilə transsərhəd olan Araz çayında suyun sərfi 135 m3/san olub.
Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib.
Suyun oksigen rejimi bütün məntəqələrdə 5,91-7,36 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: