Azərbaycanın sel bölgəsində təhlükəli vəziyyət hələ də davam edir. ANS TV-nin təbii fəlakət bölgəsinə ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, bu gün Kür çayının Surra ərazisindən keçən hissəsində suyun səviyyəsində 3 santimetr artım müşahidə olunub. Bu barədə "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədri Əhməd Əhmədzadə jurnalistlərə açıqlamasında bildirib. Araz çayının Horadiz qəsəbəsindən keçən hissəsində isə su sərfi saniyədə 144 kubmetr azalıb.
Ə. Əhmədzadə onuda bildirib ki, Mingəçevir su anbarında suyun həcmi normaldır və hazırda heç bir təhlükə gözlənilmir. ANSPRESS
Kürün səviyyəsi yenə qalxdı
Kürün səviyyəsi yenə qalxdı. Arazda isə su sərfi azalıb.




Şərhlər