Ölkə

Kürün deltası dərinləşib

Dövlət Xəzər Dəniz Gəmiçiliyi açıqlama yayıb.

· Xəbərçi
Kürün deltası dərinləşib
Kürdən Xəzərə su axını güclənib və çayın aşağı axarında suyun səviyyəsi 20 santimetrdən çox aşağı düşüb. Bu barədə Dövlət Xəzər Dəniz Gəmiçiliyi açıqlama yayıb.

Nəlumata görə, Dövlət Xəzər Dəniz Gəmiçiliyi texniki donanmasının “Narva” torpaqsoran gəmisi və “Abşeronski-5” yedək gəmisi hazırda Neftçala rayonunda, Kür çayının deltasında dibdərinləşdirmə işləri aparır. Artıq Kür çayının gətirdiyi çöküntülər Xəzər dənizinə tökülən yerdə uzunluğu təxminən 1 kilometr olan sahədə suyun dərinliyi 40 santimetrə qədər azaldılıb. Həmin sahənin 500 metrlik hissəsində dərinliyi 2 metrə, eni 15-20 metrə çatan kanal qazılıb. ANSPRESS

Şərhlər