Ölkə

Kürdəmirdə vəziyyət ağır olaraq qalır

Rayonun mərkəzi və şəhərətrafı əraziləri, yaşayış evləri və ictimai binalarının zirzəmiləri su altında qalıb.

· Xəbərçi
Kürdəmirdə vəziyyət ağır olaraq qalır
Son iki gündə yağan leysan yağışlar Kürdəmir rayonunda bir sıra fəsadlar yaradıb. Rayonun mərkəzi və şəhərətrafı əraziləri, yaşayış evləri və ictimai binaları ziyan çəkib.

Sakinlər evlərinə daxil ola bilmir. Rayonda kanalizasiya xətlərinin olmaması vəziyyəti daha da çətinləşdirib. Fərdi yaşayış evlərinin zirzəmiləri də suyun altında qalıb.

Sakinlər yaranmış vəziyyətdən çıxmaq üçün su nasosları ilə suyu yola vursalar da, vəziyyət ağır olaraq qalır. ANSPRESS

Şərhlər