Azərbaycan prezidenti İlham Əliyev Kürdəmir rayonu əhalisinin içməli su təminatının yaxşılaşdırılması ilə əlaqədar əlavə tədbirlər haqqında sərəncam imzalayıb. ANS PRESS-in prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, Kürdəmir rayonunun 5 min nəfər əhalisinin yaşadığı Şahbəyli, Sor-Sor, Ərşəli, Muğanlı, Xınıslı yaşayış məntəqələrində modul tipli sutəmizləyici qurğuların quraşdırılması üçün Prezidentin Ehtiyat Fondundan Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 870 min manat məbləğində vəsait ayrılıb.
Maliyyə Nazirliyinə müvafiq məbləğin maliyyələşməsini müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.
Kürdəmirdə modul tipli sutəmizləyici qurğular quraşdırılacaq
Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb




Şərhlər