Kürdə və Arazda su artıb
17 May 2010 Bazar Ertəsi 10:00
Kürdə və Arazda su artıb. Çayların tərkibindəki spesifik çirkləndiricilər yol verilən qatılıq həddini keçib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə növbəti monitorinq həyata keçirib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, may ayının I ongünlüyündə Kür çayında suyun sərfi artaraq 915 m3/san təşkil edib. Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Ermənistan ilə transsərhəd olan Araz çayında suyun sərfi 603 m3/san çatıb.

Çaylarda suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib. Suyun oksigen rejimi bütün məntəqələrdə 5,68-6,00 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar