Kürdə kritik vəziyyət davam edir
22 May 2010 Şənbə 18:35
Hazırda çayda suyun sürəti saniyədə 2570 kubmetrdir.
Kür çayında suyun səviyyəsinin artması ilə bağlı kritik vəziyyət davam edir. "Meliorasiya və Su Təsərrüfatı" Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin sözlərinə görə, hazırda Kür çayında suyun sürəti saniyədə 2570 kubmetrdir.
"Kritik vəziyyət davam edir, çünki hələlik Kür və Araz çayılarının səviyyəsində azalma müşahidə edilməyib. Sarısu gölündə kritik vəziyyət davam edir. Hazırda Sarısu gölü ilə Kürün birləşdiyi yerdə texnikanın işləməsi üçün yeni yolun çəkilməsinə hazırlıq işləri gedir. Əslində orada yol yoxdur, hər tərəf sudur və buna görə şərait olduqca ağırdır”,- deyə Melorasiya və su təsərrüfati ASC-nin sədri Əhməd Əhmədzadə bildirib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: