Kür və Araz çirklənib
04 Noyabr 2009 Çərşənbə 10:35
Kür və Araz çaylarının çirklənməsinə səbəb, Gürcüstan və Ermənistandan təmizlənmədən su obyektlərinə atılan çirkab və tullantılardır.
Kür və Araz çaylarında çirklənmə səviyyəsini öyrənmək məqsədilə oktyabr ayının III ongünlüyü üçün növbəti monitorinq keçirib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin keçirdiyi monitorinq nəticəsində hər iki çayda su sərfinin azaldığı bəlli olub. Kür çayının Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri də yol verilən qatılıq həddini (YVQH) keçib.

Ermənistan ilə transsərhəd olan Araz çayının Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar 3, mis birləşmələri 4, I Şahsevən məntəqəsində fenollar 3, mis birləşmələri 2, Bəhramtəpə məntəqəsində fenollar 2, mis birləşmələri 3 dəfə YVQH ötüb.

Suyun oksigen rejimi bütün məntəqələrdə 5,46-6,70 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar