Kür çayında suyun seviyyesi azalıb
25 Noyabr 2013 Bazar Ertəsi 13:08
Ekologiya ve Tebii Servetler Nazirliyi respublikanın çaylarında ve transserhed çaylarda mövcud veziyyet barede melumat yayıb.
Ekologiya ve Tebii Servetler Nazirliyi respublikanın çaylarında ve transserhed çaylarda mövcud veziyyet barede melumat yayıb.
ANS PRESS-in Ekologiya ve Tebii Servetler Nazirliyinin saytına istinaden verdiyi melumata göre, Milli Hidrometeorologiya Departamentinden bildirilib ki, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgesi çaylarında sululuq ongünlük normanın 100-150, Kiçik Qafqazın çaylarında 90-140, Lenkeran-Astara bölgesi çaylarında 40-140, Naxçıvan MR çaylarında ise 50 faizini teşkil edir.
Noyabrın 25-de Kür çayının Qıraqkesemen menteqesinde suyun seviyyesinde 2 sm azalma müşahide olunub. Hazırda menteqede su serfi 123 m3/s, ongünlük normanın 66 faizini teşkil edir.2012-ci ilde bu gösterici bu il ile müqayisede bir qeder çox olmaqla 141 m3/s ve ongünlük normanın 76 faizini teşkil edib. Noyabrın 25-de Qanıx çayının eyriçay menteqesinde suyun seviyyesinde 1 sm azalma müşahide olunmuşdur. Hazırda menteqede su serfi 74 m3/s olmaqla, ongünlük normanın 92 faizini teşkil edir. 2012-ci ilde bu gösterici bu il ile müqayisede bir qeder az olmaqla 73 m3/s teşkil etmiş ve ongünlük normanın 90 faizine beraber olub.
Noyabrın 25-de Kür çayının aşağı axınında suyun seviyyesinde esasen azalma müşahide olunub. Bele ki, Kür çayının Şirvan ve Banke menteqelerinde 2, Salyanda 3, Araz çayının Novruzlu menteqesinde 5 sm azalma, Surrada ise 9 sm artım qeyde alınıb. Hazırda Surra menteqesinde suyun seviyyesi 340 sm (2012-ci il noyabrın 25-de 443 sm), Şirvanda 173 sm (2012-ci il noyabrın 25-de 336 sm ), Salyanda 140 sm (2012-ci il noyabrın 25-de 287 sm ), Bankede 193 sm (2012-ci il noyabrın 25-de 241 sm), Araz çayının Novruzlu menteqesinde ise 90 sm (2012-ci il noyabrın 25-de 205 sm) teşkil edir.
DOSTLARINLA PAYLAŞ: