Kür çayında suyun seviyyesi artıb
27 Yanvar 2014 Bazar Ertəsi 15:54
Hazırda Kür çayının Qıraqkesemen menteqesinde su serfi 160 m3/s olmaqla ongünlük normanın 102 faizini teşkil edir.
Kür çayının Qıraqkesemen menteqesinde suyun seviyyesinde 3 sm artım müşahide olunub. ANS PRESS-in Ekologiya ve Tebii Servetler Nazirliyinin saytına istinaden verdiyi melumata göre, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgesi çaylarında sululuq ongünlük normanın 160-240, Kiçik Qafqazın çaylarında 110-130, Lenkeran-Astara bölgesi çaylarında 50-60, Naxçıvan MR çaylarında ise 50 faizini teşkil edir.

Yanvarın 27-de Kür çayının Qıraqkesemen menteqesinde suyun seviyyesinde 3 sm artım müşahide olunub. Hazırda menteqede su serfi 160 m3/s olmaqla ongünlük normanın 102 faizini teşkil edir. 2013-cü ilde bu gösterici bir qeder az olmaqla 129 m3/s ve ongünlük normanın 82 faizini teşkil edib.

Qanıx çayının eyriçay menteqesinde suyun seviyyesinde deyişiklik müşahide olunmayıb. Hazırda menteqede su serfi 53 m3/s olmaqla, ongünlük normanın 79 faizini teşkil edir. 2013-cü ilde de bu gösterici bir qeder çox olmaqla 66 m3/s teşkil ederek ongünlük normanın 99 faizine beraber olub.

Yanvarın 27-de Kür çayının aşağı axınında suyun seviyyesinde esasen azalma müşahide olunub. Bele ki, Kür çayının Surra menteqesinde 9, Şirvanda 13, Salyanda 10, Bankede 7 sm azalma, Araz çayının Novruzlu menteqesinde ise suyun seviyyesinde 1 sm artım müşahide olunub.

Hazırda Surra menteqesinde suyun seviyyesi 393 sm (2013-cü il yanvarın 27-de 422 sm), Şirvanda 266 sm (2013-cü il yanvarın 27-de 315 sm), Salyanda 245 sm (2013-cü il yanvarın 27-de 328 sm), Bankede 231 sm (2013-cü il yanvarın 27-de 252 sm), Araz çayının Novruzlu menteqesinde ise 176 sm (2013-cü il yanvarın 27-de 195 sm) teşkil edir. 


DOSTLARINLA PAYLAŞ:

oyunlar