Kür çayında qorxulu veziyyet
24 Fevral 2014 Bazar Ertəsi 13:05
Kür çayı ve onun qollarında biogen maddelerin miqdarının normadan defelerle artıq olması müşahide olunub.
Ekologiya ve Tebii Servetler Nazirliyinin etraf Mühit üzre Milli Monitorinq Departamenti Kür ve Araz transserhed çaylarının, hemçinin onların transserhed qollarının çirklenme veziyyetini öyrenmek meqsedile fevral ayının II ongünlüyü üçün növbeti monitorinqleri heyata keçirib.
ANS PRESS-in melumatına göre, fevral ayının II ongünlüyünde Kür çayında suyun serfi fevral ayınının I ongünlüyüne nisbeten 2 m3/san artaraq 132 m3/san teşkil edib. Monitorinqin neticelerine esasen Gürcüstan ve Ermenistan erazilerinden temizlenmeden birbaşa su obyektlerine axıdılan meişet tullantıları ve senaye müessiselerinin çirkab sularının tesiri neticesinde Kür çayı ve onun qollarında biogen maddelerin miqdarının normadan defelerle artıq olması müşahide olunub.
Suyun terkibindeki spesifik çirklendiricilerden fenollar yol verilen qatılıq heddini (YVQH) keçib. Bele ki, Şıxlı-2 menteqesinde fenollar 3, Ağstafaçayda 5, Ağstafaçay su anbarında ise 4 defe YVQH-ni keçib.
Fevral ayının II ongünlüyünde aparılan monitorinqlerin neticelerine göre Araz çayı üzre Horadizde fenollar 3, I Şahseven menteqesinde 2, Behramtepede ise 4 defe YVQH-ni keçib.
Mis birleşmeleri ise Kür ve Araz çayları üzre bütün menteqelerde norma daxilinde tereddüd edib. Suyun oksigen rejimi bütün menteqelerde 5.56-6.02 mq/l arasında olmaqla sanitar norma daxilinde deyişib.
DOSTLARINLA PAYLAŞ: