Küləkli hava gələn aya kimi davam edəcək
29 İyul 2009 Çərşənbə 15:05
Qeyr-sabit hava şəraitini yaranmasına şimaldan və qərbdən daxil olan antisiklonlar səbəb olub

 

Ölkə ərazisində hökm sürən qeryi sabit hava şəraiti şimaldan və qərbdən daxil olan antisiklonlar nəticəsində yaranıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar bürosunun direktoru İmran Məmmədov bu cür hava şəraitinin yaranması üçün sinoptik əlverişli şəraitin mövcud olduğunu bildirib. «Yəni Xəzərin cənubundan bizə doğru alçaq təzyiq sahəsi adlanan siklonik sahə mövcuddur və o özünə yer eləyib. Bu gün də Xəzərin cənub hissəsində alçaq sikloniq təzyiq sahəsi hökm sürür. Şimal-qərbdən, Avropanın mərkəzindən Qara dəniz üzərindən bizə doğru yüksək təzyiq sahəsi adlanan antisiklon hərəkət edir. Respublika üzərindən eyni zamanda soyuq atmosfer cəbhəsi də keçir. Atmosferin yuxarı qatlarında da siklon çökəkəliyi mövcuddur. Bu cür sinoptik şərait də küləyin yaranmasına əlverişli şərait yaradıb».

Bürodan verilən məlumata görə, küləkli və sərin hava şəriti avqustun əvvəlinə kimi davam edəcək.

Qeyd edək ki, hökm sürən küləkli hava şəraiti nəticəsində bəzi rayonlarda fəsadlar yaranıb. Belə ki, Goranboyun 20-yə yaxın yaşayış sahəsində, elektrik dirəkləri aşıb, 500 ton taxın sel suları altında qalıb. Bundan başqa əhalinin mal qarası və evləridə sel sularından əziyyət çəkib.
Xaçmaz, Göyçay, Zərdab, Uça rvə sairə rayonların sakinləri isə bütün gecə boyu işıqsız qalıblar./ANS TV/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar