Kubanın xarici işlər naziri Azərbaycana gəlib
17 Fevral 2011 Cümə Axşamı 12:28
XİN rəhbəri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib
Azərbaycanda rəsmi səfərdə olan Kubanın xarici işlər naziri Bruno Eduardo Rodriqes Parrilya bu gün Azərbaycana gəlib. XİN rəhbəri Fəxri xiyabanda ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edib. Kubalı nazir Şəhidlər xiyabanını da ziyarət edərək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramını bildirib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Qonaq Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar