Ölkə

Korrupsiyaya qarşı Mübarizə İdarəsinin işçilərinin maaşları artırılıb

Bu barədə Nazirlər Kabinetindən məlumat verilib

· Xəbərçi
Korrupsiyaya qarşı Mübarizə İdarəsinin işçilərinin maaşları artırılıb
Azərbaycan hökuməti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin işçilərinin vəzifə maaşlarına əlavə müəyyən edib.

“Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin işçilərinin maddi təminatının yaxşılaşdırılması məqsədi ilə xüsusi iş şəraitinə görə vəzifə maaşının 50 faizi məbləğində aylıq vəzifə maaşlarına əlavə müəyyən edilsin”, - deyə Nazirlər Kabinetinin saytında yerləşdirilən qərarda bildirilib.

Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi prezidentin 3 mart 2004-cü il tarixli sərəncamı ilə yaradılıb.

Şərhlər