Korrupsiya riskləri və onların aradan qaldırılması
08 Aprel 2011 Cümə 17:29
Göyçay rayonunda bu mövzuda tədbir keçirilib
Sahibkarlığın inkişafına dövlət dəstəyinin daha da gücləndirilməsi, sahibkarların maarifləndirilməsi, onların məsləhət-informasiya təminatının yaxşılaşdırılması məqsədilə bu gün İqtisadi İnkişaf Nazirliyinin, Göyçay Rayon İcra Hakimiyyətinin dəstəyi, nazirliyin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə Göyçayda "Korrupsiya riskləri və onların aradan qaldırılması" mövzusunda tədbir keçirilib. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, tədbirdə nazirliyin, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Göyçay Rayon İcra Hakimiyyətinin nümayəndələri, eləcə də Aran iqtisadi rayonunda fəaliyyət göstərən 70-dən çox sahibkar iştirak edib.
Tədbirdə İqtisadi İnkişaf Nazirliyinin, Nazirliyin Bakı Biznes Tədris Mərkəzinin, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri mövzu ilə bağlı məruzələrlə çıxış ediblər. Tədbirdə həmçinin, İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu tərəfindən sahibkarlar üçün "Korrupsiya ilə mübarizə nəticəsində əldə edilmiş nailiyyətlər. Azərbaycanda korrupsiya ilə mübarizə sahəsində qarşıda duran vəzifələr" mövzusunda təqdimat keçirilib.
Tədbirin sonunda sahibkarlara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış tədris-metodiki vəsaitlər paylanıb.
DOSTLARINLA PAYLAŞ: