Korrupsiya ilə bağlı 17 iş məhkəməyə göndərilib
30 Mart 2011 Çərşənbə 12:13
Bunu baş prokurorun müavini Rüstəm Usubov açıqlamasında bildirib.
Bu il ərzində baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində 17 cinayət işinin istintaqı yekunlaşıb və məhkəməyə göndərilib. Bunu jurnalistlərə açıqlamasında baş prokurorun birinci müavini Rüstəm Usubov bildirib.

Onun sözlərinə görə, hazırda idarədə 73-75 cinayət işi ilə bağlı istintaq aparılır. "İdarənin 161 saylı “qaynar xətt”inə mütəmadi olaraq zənglər daxil olur. İstənilər şəxs bu telefona zəng edib şikayət edə bilir. İndiyə kimi “qaynar xətt”ə 968 müraciət daxil olub. Onların hamısı araşdırılır. İdarə çox ciddi fəaliyyət göstərir. Aparılan istintaqlar barədə ictimaiyyət mütəmadi məlumatlandırılacaq”, - deyə prokuror müavini deyib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar