Koreya Respublikasının Azərbaycandakı səfiri Lyu Kvanq Çul iyulun 29-30-da Qax rayonunda olub. Rayon icra hakimiyyətində keçirilən görüşdə səfir Lyu Kvanq Çul səfərin bu gözəl diyarla daha yaxından tanış olmaq məqsədi daşıdığını bildirib.
Rayonun təbiətinə valeh olduğunu gizlətməyən səfir gələcəkdə Qax rayonunda kənd təsərrüfatının müxtəlif sahələri, o cümlədən üzümçülük və meyvəçilik, habelə turizm sahəsində layihələrin həyata keçirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.
Sonra qonaqlar rayonun görməli yerlərini gəzmiş, İlisu Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşən “Sumuq qala” abidəsi ilə tanış olmuş, “Uludağ” turizm-istirahət kompleksində olmuş, yerli sakinlərlə görüşüb. /AzərTAc/