Konfederasiyalar Kubokunda həyəcan davam edir
17 İyun 2009 Çərşənbə 11:15
Yeni Zellandiya millisini məğlub etmiş İspaniya bu gün İraq yığmasını sınağa çəkəcək

 

Cənubi Afrika Respublikasında keçirilən futbol üzrə Konfederasiyalar kubokunda 1 günlük fasilə başa çatmaq üzrədir. Bu gün yarışda A qrupunun 2-ci turu baş tutacaq. Qrup lideri, son Avropa çempionu İspaniya milli komandası bu dəfə İraq millisini sınağa çəkəcək. İlk turda meydan sahibi CAR seçməsi ilə görüşdə seçdiyi müdafiə taktikası hesabına qapısının toxunulmazlığını təmin etmiş asiyalıların eyni uğuru prineylilələrlə matçda təkrarlayacağı az inandırıcı görünür. İlk oyunda Yeni Zellandiya millisinin qapısından 5 cavabsız top keçirmiş Visente Del Boskenin yetirmələri isə bu gün qalib gələcəkləri təqdirdə play-off mərhələsinə vəsiqəni təmin edəcəklər.

Günün digər matçında Yeni Zellandiya millisi ilk xal və ya xallarını qazanmağa çalışacaq. Meydan sahibi CAR millisi isə doğma azarkeş dəstəyindən bu dəfə layiqincə yararlanmaq niyyətindədir. /ANS TV/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar