Komitə sədri Qərib Məmmədov vətəndaşları qəbul edəcək
31 May 2014 Şənbə 17:39
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov iyunun 5-də İmişli şəhərində vətəndaşları qəbul edəcək.
ANS PRESS-in məlumatına görə, Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün müvafiq tədbirlər görürlər..

Komitədən bildiriblər ki, qəbulda İmişli, Biləsuvar, Beyləqan, Saatlı, Cəbrayıl, Füzuli və Xocavənd rayonlarından olan vətəndaşlar iştirak edə bilərlər.



DOSTLARINLA PAYLAŞ:

oyunlar