Komandanlıq taktiki səhvə yol verdi
01 Avqust 2014 Cümə 14:25
Atəşkəs sazişi imzalan gündən bu günə ilk dəfə belə bir ağır itki ilə üzləşərik. Bu, düşmənin növbəti təxribat xarakterli hücumudur.
"Atəşkəs sazişi imzalan gündən bu günə ilk dəfə belə bir ağır itki ilə üzləşərik. Bu, düşmənin növbəti təxribat xarakterli hücumudur".

Bu sözləri ANS PRESS-ə açıqlamasında tanınmış hərbi ekspert Üzeyir Cəfərov deyib. O bildirib ki, bu faciənin baş verməsində ermənilərin diversiyası ilə yanaşı komandanlığın buraxdlığı səhvləri də qeyd etmək lazımdır:

"Biz dəfələrlə bu cür hallarla üzləşmişik. Komandanlar gözəl bilməli idi ki, istənilən halda ermənilər bizə fiziki və mənəvi zərbə vurmağa hazırlaşır. Bu faciənin baş verməsində ermənilərin diversiyası ilə yanaşı bizim komandanlığın buraxdlığı səhvi də qeyd etmək lazımdır. Bildiyim qədər ilə komandanlıq 24 saat ərzində düşmənin bütün hərəkət traektoriyasını izləyir. Bizim kəşfiyyat bilməli idi ki, düşmən bizə yaxınlaşır. Vaxtında müvafiq, qabaqlayıcı addımlar atılmalı idi".

Hərbi ekspertin sözlərinə görə, bu məsələdə komandanlıq çox böyük taktiki səhvə yol verib. Üzeyir Cəfərov Müdafiə Nazirliyinin verdiyi məlumatların onu şəxsən bir peşəkar kimi qane etmədiyini söyləyib:

"Necə olur ki, hücum edən tərəfin itkiləri azdır. Müharibə qaydalarına görə, hücum edən tərəf daha çox itkilərə məruz qalır. Bu məsələr nəzərə alınaraq çox ciddi nəticələr çıxarılmalıdır. Gələcəkdə belə faciələrin baş verməməsi üçün konkret addımlar atılmalıdır. Düşmən bizim torpaqlarda işğalçı siyasətini yenə də davam etdirir. Biz çalışmalıyıq ki, qarşı tərəf daha çox itki versin, nəinki biz".


DOSTLARINLA PAYLAŞ:

oyunlar