Kırımda “Xocalıya Ədalət” yürüşü
18 Fevral 2011 Cümə 04:58
“Xocalıda baş verən vəhşilik beynəlxalq insan hüquqü təşkilatları tərəfindən sənədlərlə sübuta yetirilsə də burda ədalət təsis edilməyib”
“Xocalıya Ədalət” tədbirləri çərçivəsində “İslam Konfransı Gəclər Formu”, “Ukaryna – Azərbaycan Gənclər Birliyi” və “Kırım – Azərbaycan Birliyi” təşkilatlarının təşəbbüsü ilə Kırımın Simferopol (Ağməscid) şəhərində yürüş keçirilib. ANS PRESS “Cihan”a istinadən xəbər verir ki, yürüş iştirakçıları yol boyu şəhər sakinlərinə Xocalıda baş vermiş soyqırımını əks etdirən foto-şəkilli bokletlər paylayıb.

Aksiyaçılar daha sonra Simferopol mərkəzi kitabxanasında Xocalı şəhidlərinin xatirəsinə həsr olunmuş mərasimdə iştirak ediblər. Tədbirdə çıxış edənlər 19 il əvvəl Xocalıda baş verənlər barədə ətraflı məlumat verib, tədbirin sonunda isə Xocalı qətliamı barədə sənədli film nümayişi olub.

Ukrayna – Azərbaycan Gənclər Birliyinin sədri Anar Tahirov Xocalıda baş verən vəhşiliyin beynəlxalq insan hüquqü təşkilatları tərəfindən sənədlərlə sübuta yetirilməsinə baxmayaraq burda ədalətin təsis edilmədiyini bildirib. Sədr həmçinin ədalət öz yerini tapana qədər aksiyalara davam edəcəklərini deyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar