Ölkə

Kipr prezidenti Dərviş Əroğlu Azərbaycana gələcək

Kipr prezidenti Dərviş Əroğlu Azərbaycanla KKTC arasında birbaşa təyyarə səfərləri başlamasını arzuladığını deyib.

· Xəbərçi
Kipr prezidenti Dərviş Əroğlu Azərbaycana gələcək
Şimali Kipr Türk respublikasının (KKTC) prezidenti Dərviş Əroğlu Azərbaycana səfər edəcək. Bu barədə məlumatı Əroğlu Türkiyə Mersin vilayətinin Tarsus rayonunda keçirilən “Atatürkün Tarsusa gəlişinin 88-ci ildönümü” tədbirində verib. Tədbirdə Azərbaycan heyətinin də iştirak etdiyini öyrənən Dərviş Əroğlu qonaqlara “Bir millət üç dövlət” şüarı ilə müraciət edib və heyəti KKTC-yə dəvət edib. Əroğlu Azərbaycanla KKTC arasında birbaşa təyyarə səfərləri başlamasını arzuladığını deyib və özünün də Azərbaycana gələcəyini bildirib.

KKTC prezidenti Dərviş Əroğlu çıxışının sonunda Türkiyə, Azərbaycan və Kipr heyətini bir araya gətirən tarsuslulara təşəkkürünü bildirib.

Qeyd edək ki, Əroğlu Azərbaycana səfərinin nə vaxt baş tutacağı barədə məlumat verməyib. ANSPRESS

Şərhlər