Ölkə

Keşlədə yeni məktəb tikiləcək

Prezident 640 şagirdlik yeni ümumtəhsil məktəbi binasının tikilməsi ilə bağlı sərəncam verib.

· Xəbərçi
Keşlədə yeni məktəb tikiləcək
Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Bakı şəhəri Nizami rayonunun Keşlə qəsəbəsində 640 şagirdlik yeni ümumtəhsil məktəbi binasının tikiləcək. ANS PRESS-in “AzərTAc” istinadən yaydığı məlumata görə, bu ümumtəhsil məktəbinin tikintisinə 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat məbləğində vəsait ayrılıb.

Sərəncamda nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini təmin etmək Maliyyə Nazirliyinə tapşırılıb. ANSPRESS

Şərhlər