Kərgəlan və Darquba kəndlərinə qaz verildi
07 Fevral 2014 Cümə 16:58
Kərgəlan və Darquba kəndlərində 1085 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Lənkəran rayonunun daha 2 yaşayış məntəqəsinə təbii qaz verilib. ANS PRESS-in Dövlət Neft Şirkətinin saytına istinadən verdiyi məlumata görə, bu münasibətlə keçirilmiş mərasimlərdə “Azəriqaz” İstehsalat Birliyinin və rayon İcra Hakimiyyətinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, ümumilikdə 1085 abonenti olan Kərgəlan və Darquba kəndlərinin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 34 kilometrdən artıq metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Kərgəlan və Darquba kəndlərində 1085 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.



DOSTLARINLA PAYLAŞ:

oyunlar