Kərəm Həsənov sakinləri dinləyəcək
22 May 2014 Cümə Axşamı 12:07
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Qubada vətəndaş qəbulu keçirəcək.
ANS PRESS-in məlumatına görə, Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 23 may 2014-cü il tarixində Quba şəhərində növbəti vətəndaş qəbulu keçirəcək.

Qəbulda Quba, Qusar, Xaçmaz və Şabran rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq. Vətəndaş qəbulu saat 11:00-da Quba şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar