Kəmaləddin Heydərov vətəndaşları qəbul edəcək
28 Yanvar 2014 Çərşənbə Axşamı 12:43
Kəmaləddin Heydərov vətəndaşları qəbul edəcək. Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov yanvarın 31-də Göygöl şəhərində vətəndaşların qəbulu keçirəcək.

ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, qəbulda Gəncə şəhərinin, Göygöl, Şəmkir, Tovuz, Qazax, Ağstafa, Gədəbəy, Daşkəsən və Samux rayonlarının sakinləri, habelə həmin şəhər və rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Göygöl rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında (ünvan: Göygöl şəhəri, H.Əliyev prospekti 1) 30 yanvar 2014-cü il tarixində saat 09:00-dan başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar