Kəmaləddin Heydərov: “Əhali cihazdan istifadə qaydalarını mükəmməl öyrənməlidir”
14 Dekabr 2009 Bazar Ertəsi 16:30
Qış mövsümündə istifadə edilən qızdırıcıların yaratdığı fəsadların aradan qaldırılması üçün xüsusi tədbirlər görülür.
Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov hər bir qızdırıcı soba və ya cihaz Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən sertifikatlaşdırılır, sonra satışa buraxılır: “Təəssüf ki, istifadəçilər sobanın dəm qazını udan hissəsini ayırırlar, bu isə fəsadlara səbəb olur. Biz hansı qızdırıcı soba markasının daha yararlı olduğunu konkret deyə bilmərik. Əgər hansısa marka ölkə ərazisinə daxil olursa, deməli istifadəyə yararlıdır. Əhali, ilk növbədə, cihazdan istifadə qaydalarını mükəmməl öyrənməlidir. İstifadə qaydalarını əsaslı şəkildə öyrənmədən cihazlardan istifadə etmək olmaz. İndi dünyanın bir sıra ölkəsində zəhərli qazları filtrləyən və dəm qazına qarşı xüsusi siqnallarla xəbərdarlıq edən cihazlar tətbiq olunur. Çox yaxın vaxtlarda həmin cihazlardan Azərbaycana da gətiriləcək”. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar