APA-nın Qarabağ bürosunun məlumatına görə, bu sözləri fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Dağlıq Qarabağ danışıqları nəticəsiz qalacağı və müharibə ehtimalı ilə bağlı mülki müdafiə sığınacaqlarının vəziyyətinə dair sualın cavabında deyib.
Nazirin sözlərinə görə, paytaxt Bakı və respublikanın iri şəhərlərində bəzi binaların zirzəmilərindən iaşə obyekti və başqa məqsədlə istifadə olunmasını tənzimləmək üçün müvafiq tədbirlər planı hazırlanır. APA
Kəmaləddin Heydərov: “Azərbaycanda kifayət qədər mülki müdafiə sığınacağı var”
Kəmaləddin Heydərov: “Azərbaycanın bütün bölgələrində kifayət qədər sığınacaq və bu kimi obyekt var. Bu baxımdan Azərbaycan müharibəyə tam hazırdır”.




Şərhlər