Kefal balıqlarının kütlevi ölümü ile bağlı araşdırma başlayır
06 Mart 2014 Cümə Axşamı 14:16
Xezer denizi sahillerinde kefal balıqlarının ölüm hallarının günbegün artması KIVde yer alıb.
Kend Teserrüfatı Nazirliyi respublikanın Xezer denizi sahillerinde ve sahile yaxın erazilerde monitorinq keçirilmesi ve bu erazilerin daim nezaretde saxlanılması barede Kend Teserrüfatı Nazirliyi yanında Dövlet Baytarlıq Xidmetine gösteriş verib.
Nazirliyin metbuat xidmetinden ANS PRESS-e verilen melumata göre, bu gösterişe uyğun olaraq Kend Teserrüfatı Nazirliyi yanında Dövlet Baytarlıq Xidmeti ölkemizin Xezer denizi sahili rayonlarının baytarlıq idarelerine telefonoqrama gönderib. Telefonoqramada ölkemizin deniz sahili erazilerinde monitorinq keçirilmesi, erazide ölmüş ve xesteliye şübheli balıqlara rast gelinerse onlardan baytarlıq-sanitariya teleblerine uyğun nümunelerin götürülmesi, müayine üçün Respublika Baytarlıq Laboratoriyasına gönderilmesi ve bu erazilerin daim nezaretde saxlanılmasına dair ciddi tapşırıq verilib.
Qeyd edek ki, bir sıra KİV-de İran İslam Respublikasının Mazandaran eyaletinin (İRNA agentliyine istinaden) Xezer denizi sahillerinde kefal balıqlarının ölüm hallarının günbegün artması, balıqların virusa yoluxması ve balıqlarda aşkarlanan xesteliyin hem insan, hem de heyvalar üçün tehlükeli olması barede melumatlar yer alıb.
DOSTLARINLA PAYLAŞ: