Jurnalistlər üçün tikiləcək binanın layihəsi hazırdır
02 İyun 2011 Cümə Axşamı 23:29
Mətbuat işçiləri üçün inça ediləcək yaşayış binası kitab şəklində olacaq.
Prezident İlham Əliyevin ötən il iyulun 22-də imzaladığı sərəncamla mətbuat işçilərinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması üçün Prezidentin Ehtiyat Fondundan 5 milyon manat vəsait ayırılıb. Həmin vəsaitlə evsiz jurnalistlər üçün yaşayış binasının inşa olunması qərara alınıb.

Bibiheybət qəsəbəsində yeni yaşayış massivi deyilən ünvanda jurnalistlər üçün 0,7 hektar torpaq sahəsində tikiləçək binanın eskiz layihəsi artıq hazırdır. Tenderdə iştirak edən 8 şirkət arasından “M.A” MMC qalib ayrılıb.

Şirkətin təsisçisi və baş direktoru Mütəllim Məmmədovun sözlərinə görə, binanı eskiz layihəsi üzərində bir neçə dəfə işləyiblər. Nəhayət son qərar belə olub ki, jurnalistlərin binası kitab şəklində olsun: “Bina 2 blok və 17 mərtəbədən ibarət olmaqla, birinçi mərtəbəsi qeyri-yaşayış sahəsi kimi istifadəyə veriləçək”.

M. Məmmədov deyir ki, ərazidə Dövlət Neft Şirkətinin binaları da tikiləçək. Onun sözlərinə görə, yeni yaşayış massivində bütün infrastruktur layihələndirilib: “Qaz, su təçhizatı, istilik, ventilyasiya sistemi də yaradılacaq. Burada məktəb, uşaqlar üçün meydança da olacaq. Hətta burada stadion, mini futbol meydançası da inşa ediləcək”.

Binanın yaxın 2 il ərzində tikilib başa çatacağı gözlənilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar