Ölkə

Jurnalist Müşfiq Hüseynov həbsdən azad edilib

Azərbaycan prezidentinin sərəncamı ilə əfv olunan jurnalist Müşfiq Hüseynov azadlığa buraxılıb.

· Xəbərçi
Jurnalist Müşfiq Hüseynov həbsdən azad edilib
APA-nın məlumatına görə, “Bizim yol” qəzetinin əməkdaşı M. Hüseynov müalicə olunduğu Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İxtisaslaşdırılmış Müalicə Müəssisəsindən bu gün azad edilib.

Onunla birlikdə daha 4 məhbus Müalicə Müəssisəsindən azadlığa buraxılıb.

Qeyd edək ki, prezident İlham Əliyevin dekabrın 25-də imzaladığı əfv sərəncamı ümumilikdə 99 məhbusa şamil edilib. APA

Şərhlər