Jirinovskiyə danışmaq qadağan edilə bilər
27 Oktyabr 2013 Bazar 15:41
Dağıtandan seçilən deputat Şimali Qafqaz respublikalarına qarşı çıxışına görə LDP sədrindən şikayət edəcək.
Rusiya dövlət dumasının millətlər üzrə komitəsinin sədri Hacımət Səfərəliyev Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskinin yarım ilə qədər çıxış etmək hüququndan məhrum etməyi təklif edib.

ANS PRESS-in "İtar Tass"a istinadən verdiyi xəbərə görə, dumaya Dağıstandan seçilən Səfərəliyev hesab edir ki, Jirinovskinin Şimali Qafqaz respublikalarına qarşı çıxışına görə, Jirnovskini yarım ilə qədər söz haqqından məhrum etmək lazımdır. Çünki, onun bu cür çıxışları xalqlar arasında ayrı-seçkilik yaradır ki, bu da gələcəkdə münaqişəyə səbəb ola bilər.

“O,dumada dəfələrlə belə çıxışlar edib. Onun hərəkətləri mənfi emosiyalardan başqa bir şey doğurmur. Birincisi, bu çıxış provokasiya məqsədilə edilən çıxışdır. Kimin nə haqqı var ki, bütün xalqlara cavabdeh olsun - tikanlı məftillə bağlasın, uşaq doğsun ya doğmasın? O bunu dərk edə bilmir”,-deyə Səfərəliyev bildirib.

Onun sözlərinə görə, Duma rəhbərliyi ona xəbərdarlıq etməli idi. “Bəlkə də onun bütün çıxışlarına görə, prokrorluğa onlarla sorğu göndərmək lazımdır”.

Hacımət Səfərəliyevin fikrincə, ən dəhşətlisi budur ki, Jirinovskinin bu çıxışını televiziya vasitəsilə bütün ölkəyə yayıblar və insanlar ona səs verir. "Ona görə də onun partiyasının qarşısına sədd çəkmək lazımdır ki, onlar heç yerdə görünməsin".

O, gələn həftə Dumanın deputatların etikası məsələləri üzrə komissiyasına Jirinovskinin hərəkətinə qiymət vermək üçün müraciət edəcəyini də qeyd edib.

Xatırladaq ki, Vladimir Jirinovski oktyabrın 24-də Rusiyanın “Rossiya-1” telekanalında gedən “Poyedinok” verilişində müsəlman qadınlarına 2-dən artıq uşaq doğmağı qadağan edən qanun layihəsi təklif edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar