İyunda bayramlarla əlaqədar 2 gün qeyri-iş günü elan olunub
03 İyun 2011 Cümə 12:27
Ayın 15-i Milli Qurtuluş, 26-ı isə Silahlı Qüvvələr Günüdür.
Bu ilin iyun ayında bayramlarla əlaqədar ölkədə iki gün qeyri-iş günü olacaq. Bu barədə ANS PRESS-ə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli məlumat verib. Onun sözlərinə görə, iyunun 15-i Milli Qurtuluş Günüdür. Ayın 26-sı isə Azərbaycan Silahlı Qüvvələrinin yaranma günü kimi qeyd edilir. Bu tarix bazar gününə düşdüyü üçün növbəti gün - 27 iyun qeyri-iş günü hesab ediləcək.
Bununla da, beş günlük iş rejimində işləyənlər üçün iyunun 25, 26 və 27-i qeyri-iş günüdür.
 
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar