İTV direktoru vəzifəsinə namizədlər açıqlandı
22 Aprel 2013 Bazar Ertəsi 11:54
Vəzifəyə 4 nəfər iddiaçı sənədlərini təqdim edib.
İctimai TV-nin baş direktoru vəzifəsində 4 nəfərin namizədliyi qeydə alınıb.

Milli Televiziya və Radio Şurasından ANS PRESS-ə verilən məlumata görə, İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktorunun səlahiyyət müddətinin başa çatması ilə əlaqədar bu vəzifəyə seçilmək üçün namizədlərin sənədlərinin qəbulu başa çatıb.

İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktoru vəzifəsinə 4 nəfər iddiaçı – Şəfiyev Şamil Əli oğlu, Quliyev Cəmil Elşad oğlu, Mustafayev Nicat Qafur oğlu və Hüseynov Emin Rafik oğlu sənədlərini təqdim edib.

“İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.3, 21.1-ci maddələrinin tələblərinə uyğun olaraq İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktoru vəzifəsinə namizədlərin sənədləri İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına təqdim edilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar