İstiqlal mücahidlərinin adına gəmilər düzəldiləcək
05 Aprel 2014 Şənbə 17:05
“Palmali” Şirkətlər Qrupu dörd yeni gəminin alınması ilə bağlı saziş bağlayıb.
“Palmali” Şirkətlər Qrupu (ŞQ) dörd yeni gəminin alınması ilə bağlı niyyət memorandumu imzalayıb. Bu barədə ANS PRESS-ə “Palmali Group”un mətbuat xidmətindən bildirilib.
Bildirilir ki, alınanlar sırasında 2008-ci ildə düzəldilmiş, dedveyti 3456 ton olan və kimyəvi mallar üçün nəzərdə tutulmuş bir ədəd tanker, həmçinin 2007-2008-ci illərdə istehsal edilmiş və əsas yüklərin daşınması üçün nəzərdə tutulmuş, dedveyti 6097 ton olan üç gəmi olacaq. Gəmilərin dördü də şirkətə bu il aprelin ortalarında təhvil veriləcək. Gəmilərin dördü də tramp daşımalarında istifadə ediləcək.
Gəmilərə istiqlaliyyət yolunda canlarından keçmiş Azərbaycan oğullarının adları veriləcək. Kimyəvi mallar üçün nəzərdə tutulmuş tankerə böyük şair Hüseyn Cavidin şərəfinə “MT Huseyn Cavid” adı veriləcək. Azərbaycan Demokratik Respublikasının tanınmış dövlət xadimi, Qarabağın general-qubernatoru, hərbi nazir vəzifələrini tutmuş Xosrov bəy Sultanovun şərəfinə quru yüklər üçün nəzərdə tutulmuş “MV Khosrov Bey” gəmisi veriləcək. Quru yüklər üçün nəzərdə ututulmuş gəmilərdən biri də onun qardaşı, xalq qəhrəmanı Sultan bəy Sultanovun şərəfinə “MV Sultan Bey” adlandırılacaq. Quru yüklər üçün nəzərdə ututulmuş gəmilərdən sonuncusuna isə Çar Rusiyasının “artilerriya allahı”, Bakını erməni-bolşevik işğalından xilas etmiş Azərbaycan ordusunun komndanı general Əli Ağa Şıxlinskinin şərəfinə “MV General Shixlinsky” adı veriləcək.
Qeyd edək ki, “Palmali Group” həm də “Armada Shipyard” tərsanəsi ilə yeni layihə seriyasından olan beş tankerin düzəldilməsi barədə saziş bağlayıb.
DOSTLARINLA PAYLAŞ: