İsti havalar qayıdır
14 Avqust 2011 Bazar 05:58
Bu gün Bakıda 38 dərəcəyədək isti olacaq
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 21-25 dərəcə, gündüz 34-38 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 25-26 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25 dərəcə, gündüz 33-38 dərəcə, dağlarda gecə 13-18 dərəcə, gündüz 24-29 dərəcə isti təşkil edəcək.

Hava şəraiti haqqında qısa icmal: Yaxın 2 gün ərzində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, temperaturun tədricən yüksələcəyi gözlənilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar