İsrailin dövlət bayramı Bakıda qeyd edildi
17 May 2011 Çərşənbə Axşamı 02:33
Səfir: “İsrail və Azərbaycan arasında aşkarlıq və etimada əsaslanan sıx münasibətlər var”
Bakıda İsrail Dövlətinin yaradılmasının 63-cü ildönümü qeyd edilib. Bu münasibətlə İsrailin Bakıdakı səfirliyi Ləndmark biznes-mərkəzində qəbul təşkil edib. İsrailin rabitə və sosial məsələlər nazirinin müavini, Bakıda səfərdə olan Eden Bar Tal da qəbulda olub.

İsrailin Bakıdakı səfiri Mixael Lavon Lotem İsrailin yaradılması tarixi, bu ölkənin inkişafı, İsrail-Azərbaycan ikitərəfli əlaqələri haqqında məlumat verib. Səfir deyib ki, İsrail və Azərbaycan arasında aşkarlıq və etimada əsaslanan sıx münasibətlər var.

Qəbulda çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov Azərbaycan rəhbərliyi adından İsrail xalqını dövlət bayramı münasibətilə təbrik etmiş, ona sülh və firavanlıq arzulayıb. Nazir qeyd edib ki, ölkələrimiz arasında münasibətlər qarşılıqlı etimada əsaslanır, iqtisadi və mədəni əlaqələr yüksələn xətt üzrə inkişaf edir.

Qəbulda Azərbaycan hökumətinin rəsmi şəxsləri, Bakıda akkreditə edilmiş diplomatik korpusun, Azərbaycanın yəhudi icmasının rəhbərləri və əməkdaşları, ölkə ictimaiyyətinin nümayəndələri iştirak ediblər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar