İsmayıllı rayonunda güclü dolu yağdı
28 May 2014 Çərşənbə 17:03
İsmayıllı rayonunda dolu təsərrüfata ciddi ziyan vurub.
Bu gün Azərbaycanın bəzi rayonlarında intensiv yağıntı müşahidə edilib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Qubada şiddətli yağış yağıb.
İsmayıllı da isə güclü dolu düşüb. İntensiv yağıntı rayonun bir necə kəndində müşahidə edilib. Doludan sonra yağış yağıb.

Dolu yağışı 10 dəqiqiədən artıq davam edib.

Rayon sakinlərinin sözlərinə görə, dolu təsərrüfata,əkin sahələrinə, xüsusən də meyvə-tərəvəz və taxıla ciddi ziyan vurub, evlərə və avtomobillərə də ziyan dəyib.

Hələlik dolunun vurduğu ziyanın gəcmi dəqiq bəlli deyil.


DOSTLARINLA PAYLAŞ:

oyunlar